Sahibə Qafarova İspaniyada rəsmi səfərdədir

Milli Məclisin (MM) sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti İspaniya Krallığına rəsmi səfərə gəlib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Madrid şəhərinin Barahas Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıb.
Səfər çərçivəsində Milli Məclisin sədrinin bir sıra rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur. Görüşlərdə Azərbaycan-İspaniya parlamentlərarası münasibətlərinin bu günü və gələcək inkişafı barədə müzakirələr aparılacaq.
Rəsmi səfər mayın 20-də başa çatacaq.
Oxşar xəbərlər
Azərbaycanın Fransadakı səfirliyinə hücumun əsas iştirakçısının cəzası ağırlaşdırılıb
Paris Apellyasiya Məhkəməsi 2022-ci ilin sentyabrında Azərbaycanın Fransadakı səfirliyinə hücumla bağlı Ermənistanın "Çarjum" hərəkatının üzvü Loris Tufanyanın...
