Sabir Rüstəmxanlı qiymət artımı ilə bağlı parlamentdə dinləmə keçirilməsini təklif edib

Sabir Rüstəmxanlı qiymət artımı ilə bağlı parlamentdə dinləmə keçirilməsini təklif edib
Siyasət 115

“Bizdə büdcənin müzakirələri çox qısa keçir”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat təklif edib ki, büdcə müzakirələrinə ayrılan vaxt uzadılsın:

“Burada olan deputatların hər birinin seçildiyi dairənin problemlərini səsləndirmək, bu məsələlərin büdcədə yer almasını istəyirlər".

S.Rüstəmxanlı eyni zamanda qiymət artımı ilə bağlı dinləmə keçirilməsini də təklif edib:

“Bu, əhalini ciddi narahat edir. Qiymətlərin artmasının əsası olub-olmaması ilə bağlı yığıncaq keçirməliyik”.

Son xəbərlər