Sabiq deputat Nazim Bəydəmirliyə hökm oxunub

Sabiq deputat Nazim Bəydəmirliyə hökm oxunub
Foto
Siyasət 77

Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən sabiq deputat Nazim Bəydəmirliyə hökm oxunub.

BAKU.WS xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o səkkiz il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı onun doqquz il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, eks-deputat 2023-cü ilin iyulunda həbs olunub.

İttihama görə, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O bildirib ki, ötən il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını deyib.

N.Bəydəmirliyə qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər