Sabah İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT heyətləri taxıl daşınmasını müzakirə edəcək
12
iyl
2022
15:18
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah İstanbulda Türkiyə, Rusiya Federasiyası və Ukrayna Müdafiə Nazirliklərinin hərbi heyətləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT)nümayəndə heyətləri arasında görüş olacaq.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.
O qeyd edib ki, heyətlər Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparacaq.
Oxşar xəbərlər
Hulusi Akar: “Terrorun ölkəmizin başına bəla olmasına imkan verməyəcəyik”
Türkiyə Milli Müdafiə naziri Hulusi Akar “Haber Global”a mühüm açıqlamalar verib. Nazir Suriyadakı mümkün sərhəd əməliyyatından tutmuş İsveç və Finlandiyanın NA...