Saakaşvili Ukraynaya qayıdıb
29
may
2019
22:58
Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Ukryanaya qayıdıb.BAKU.WS-in məlumatına görə, o, Ukraynanın Polşadakı səfirliyindən ölkəyə giriş vərəqəsi alaraq Kiyevə uçub. Artıq onun təyyarəsi Kiyevin Borispol hava limanına eniş edib. M. Saakaşvilini hava limanında tərəfdar kütləsi qarşılayıb.Bu gün M. Saakaşvili “Courier”ə müsahibəsində bildirib ki, Ukraynaya qayıtdıqdan sonra prezidentə yardım edəcək.Qeyd edək ki, Ukraynanın yeni prezidenti Vladimir Zelenski Mixeil Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb.Ukraynanın keçmiş prezidenti Petro Poroşenko 2017-ci ildə Mixeil Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum etmişdi.
Oxşar xəbərlər
Saakaşvili bu gün Ukraynaya qayıdacaq
Dünən Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən vətəndaşlığı geri qaytarılan Odessa regional administrasiyasının keçmiş sədri Mixail Saakaşvili bu gün ölk...