Saakaşvili İlham Əliyevlə söhbəti barədə: “Bu həm bizim, həm də sizin üçün bir neçə ilin məsələsidi”
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynanın “1+1” telekanalında “Hakimiyyət hüququ” siyasi tok-şousunun iştirakçısı olarkən bir neçə il əvvəl təyyarədə Azərbaycan prezidenti İlham Əliyevlə söhbətini xatırladıb.
“İlham Əliyevin təyyarəsində Strasburqdan uçurduq (Avropa Şurasında birlikdə çıxış etdik). Təyyarə Qara dəniz sahili üzərindən uçdu. Abxaziyaya heç olmasa yuxarıdan baxmaq üçün təyyarənin bir az aşağıdan uçmasını istədim. Çünki Abxaziya üçün darıxırdım, ailəm oradandır.
Və o dedi: “Bilirsən Mişa, bu həm bizim, həm də sizin üçün bir neçə ilin məsələsidir. Gecə-gündüz bu barədə düşünməliyik. Bunu heç vaxt unutmamalı və hazırlaşmalı, hər gün hazırlaşmalıyıq...” - deyə Saakaşvili bildirib.
Oxşar xəbərlər
İlham Əliyevin YAP-ın qurultayında çıxışı - TAM MƏTN - YENİLƏNİB/FOTO
Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev...