“Rust” filminin çəkilişi zamanı qətli törədən şəxs tapıldı - FOTO

Aktyor Alek Bolduinin "Rust" filminin çəkilişi zamanı yanlışlıqla filmin operatorunu öldürməkdə ittiham edilirdi.
BAKU.WS "Euronews"a istinadən xəbər verir ki, silahın içərisinə həqiqi mərmi yerləşdirən və operatorun ölümünə səbəb olan Hanna Qitierrez-Rid təqsirləndirilib.

O qəsdən adam öldürmə maddəsi ilə ittiham edilib.
Keçirilən növbəti məhkəmədə onun həbsi tələb edilib.
Vəkillər iddia edir ki, həqiqi mərminin çəkiliş meydanına gətirilməsi ilə Hanan təhlükəsizlik qaydalarını pozub və heyətin həyatını təhlükəyə atıb.
Hannanı 18 aya qədər həbs edilməsi və 5000 dollar cərimələnməsi tələb edilib.
Onun dəqiq nə qədər həbs ediləcəyi gələn ay açıqlanacaq.
Xatırladaq ki, hadisə 2021-ci ildə baş verib. Alek Bolduin əlinə aldığı silahla səhvən filmin operatorunu öldürüb, rejissoru isə yaralamışdı.

Oxşar xəbərlər
Tanınmış aktyor 18 ay həbs oluna bilər - FOTO
Məşhur aktyor Alek Bolduin ikinci dəfə "qəsdən adam öldürməkdə" ittiham edilir. BAKU.WS xarici KİV-ə istindən xəbər verir ki, 2021-ci ildə "Rust" fiminin çəkil...
