Tanınmış aktyor həbs oluna bilər - "Ehtiyatsızlıqdan adam öldürmə" maddəsilə ittiham edilir - FOTO

Məşhur aktyor Alek Bolduin həbs oluna bilər.
BAKU.WS xəbər verir ki, aktyorun "Rust" filminin çəkilişi zamanı istifadə etdiyi silahın normal çalışdığı və bundan atəş açılan zaman kiminsə ölümünə səbəb ola biləcəyi ilə bağlı rəy verilib.
Bu səbəbdən də Hollivud ulduzu "Ehtiyatsızlıqdan adam öldürmə" maddəsilə ittiham edilir.
Əvvəlki məhkəmə prosesində silahın normal çalışmadığı qeyd edilərək yetərli dəlil və sübutlar toplanmadığından aktyorun günahsız olduğu bildirilmişdi.
Qeyd edək ki, “Rust” filminin çəkilişi zamanı amerikalı aktyor Alek Bolduin boş patronlarla doldurulmalı olan tapançadan atəş açıb. Təsadüfən tapançanın döyüş güllələri ilə doldurulması nəticəsində 42 yaşlı operator Qalina Hatçins həlak olub, 48 yaşlı rejissor Coel Sousa isə yaralanıb.
Daha sonra Bolduin çəkiliş meydançasında təsadüfən güllələyərək öldürdüyü Qalina Hatçinsin ailəsi ilə razılaşıb. Belə ki, mərhum operatorun arvadı Metyu Hatçins də daxil olmaqla, bütün tərəflər hadisənin bir qəza olduğunu qəbul edib.
Qalereya
Oxşar xəbərlər
Film çəkilişində rejissoru öldürən məşhur aktyor həbs olunacaq - FOTO
Ötən il “Pas” (Rust) filminin çəkilişi zamanı açdığı atəş nəticəsində rejissor Qalina Xatçinsinin ölümünə səbəb olan aktyor Alek Bolduindən xəbər var. BAKU.WS...
