Rusiyaya zorla aparılan ukraynalıların sayı açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
"Bir milyondan çox ukraynalı zorla Rusiyaya aparılıb".
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova “Facebook” səhifəsində məlumat verib.
"Hazırda Rusiyada 1 milyon 185 mindən çox vətəndaş, o cümlədən 200 min uşaq var. Bizdə onların Rusiyaya məcburi aparıldığını göstərən dəlillər var”, - deyə o, bildirib.
Denisovanın sözlərinə görə, bəzi qondarma düşərgələrdə 20 mindən çox vətəndaş var. Həmin yerdəki insanların hara aparıldıqları barədə məlumat yoxdur.
Onun sözlərinə görə, Rusiyaya deportasiya olunmuş ukraynalıların düşərgələrini tapıb Ukrayna tərəfinə məlumat verən könüllülər var.
Oxşar xəbərlər
Zelenski: "Rus ordusu qətlə yetirilən ukraynalıların cəsədlərini zirzəmilərdən çıxarmağa çalışır"
Ukrayna prezidenti Volodimir Zelenski Buçanın görüntülərinin ortaya çıxmasından sonra Rusiya ordusunun bir çox şəhərin küçələrindən və zirzəmilərindən qətlə yet...