Rusiyanın Ukraynadakı itkiləri ARTIR

Rusiyanın Ukraynadakı itkiləri ARTIR
Siyasət 144

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın ümumilikdə 34 230 hərbçisi zərərsizləşdirilib.

Həmçinin, Rusiya tərəfinin 1 496 ədəd tankı, 3 614 ədəd zirehli döyüş maşını, 752 ədəd artilleriya sistemi, 239 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 99 hava hücumundan müdafiə sistemi, 216 ədəd hərbi təyyarəsi, 182 ədəd helikopteri, 2 543 ədəd nəqliyyat vasitəsi və avtoçən, 14 ədəd gəmi-kateri, 614 ədəd dronu, 137 qanadlı raket və 60 ədəd xüsusi texnikası məhv edilib.

Oxşar xəbərlər

Son xəbərlər