Rusiyanın Ukraynadakı canlı qüvvə itkiləri 254 minə çatır
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 253 850 hərbçisi məhv edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 4 298 tank, 8 335 zirehli maşın, 5 072 artilleriya sistemi, 713 RYAS (reaktiv yaylım atəşi sistemi), 477 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 313 helikopter, 4 204 PUA, 1 379 qanadlı raket, 18 gəmi/qayıq, 7 543 avtomobil texnikası və avtosistern, 760 xüsusi texnikadan ibarətdir.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
Oxşar xəbərlər
Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb. BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı...