Rusiyanın Ukraynada yeni itkiləri - SİYAHI

Rusiyanın Ukraynada yeni itkiləri - SİYAHI
Siyasət 86

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı açıqlanıb.

BAKU.WS xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib

Döyüşlər nəticəsində Rusiyanın 21 200-ə yaxın hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 838 ədəd tankı, 2 162 ədəd zirehli döyüş maşını, 397 ədəd artilleriya sistemi, 136 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 69 hava hücumundan müdafiə sistemi, 176 ədəd hərbi təyyarəsi, 153 ədəd helikopteri, 1 523 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 172 ədəd dronu, 27 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

Oxşar xəbərlər

Son xəbərlər