Rusiyanın "Su-34" qırıcıları Ukraynaya "FAB-500" bombaları atıb
Yeniliklərdən dərhal xəbərdar olun
Su-34 qırıcı-bombardmançı təyyarələrinin ekipajları Ukrayna Silahlı Qüvvələrinin dəstək məntəqəsi və canlı qüvvəsinə "FAB-500" aviasiya bombaları ilə zərbə endirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Zərbə universal planlaşdırma və düzəliş modulu olan "FAB-500" idarə olunmayan hava bombaları ilə həyata keçirilib. Kəşfiyyatdan hədəflərin vurulduğuna dair təsdiq aldıqdan sonra ekipajlar uçuş aerodromuna qayıdıblar", - deyə mlumatda qeyd olunur.
Qeyd edək ki, "FAB-500" bombaları Sovet İttifaqı dövründə hazırlanmış və hazırda da istifadə olunan aviasiya bombalarıdır. Bu bombalar müxtəlif növ hərbi hədəflərin, o cümlədən canlı qüvvənin, texnikanın və infrastrukturun məhvi üçün nəzərdə tutulub.
Üstünlükləri:
Yüksək partlayıcı güc - Böyük partlayıcı yükləmə qabiliyyəti sayəsində geniş miqyaslı zərbələr endirə bilir.Sadəlik və etibarlılıq - İdarə olunmayan dizaynı onu sadə və etibarlı edir.
Dezavantajları:
Dəqiqlik - İdarə olunmayan bombalar olduğu üçün dəqiqlik idarə olunan bombalara nisbətən daha aşağıdır.Sabitlik - Atışdan sonra bombanın sabit uçuş trayektoriyasını saxlamaq üçün xüsusi sabitləşdirici sistemlər tələb olunur.
FAB-500 bombaları, xüsusilə geniş miqyaslı və strateji zərbələr üçün Rusiya Hərbi Hava Qüvvələrinin arsenalında mühüm rol oynayır. Onların istifadəsi geniş hərbi əməliyyatların aparılmasında böyük təsirə malikdir.
Oxşar xəbərlər
Ukrayna və Qərbin Azərbaycana qarşı hibrid əməliyyatı - FOTO
Rusiya-Ukrayna müharibəsi, daha doğrusu, Rusiya ilə Qərb arasında qlobal qarşıdurma təkcə döyüş meydanlarında deyil, həm də informasiya müstəvisində gedir. Bura...