Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər sanksiyalardan əvvəlki dövrlə müqayisədə artıb

Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər sanksiyalardan əvvəlki dövrlə müqayisədə artıb
Siyasət 0

Rusiyanın neft ixracından əldə etdiyi aylıq gəlir, sanksiyalara baxmayaraq, Ukraynada müharibə başlamazdan əvvəlki səviyyəni keçib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə “Bloomberg”in məqaləsində deyilir.

Agentliyin məlumatına görə, oktyabrda Rusiyanın 11,3 milyard dollarlıq xalis neft gəlirləri ölkənin bu ay üçün ümumi xalis büdcə gəlirlərinin 31%-ni təşkil edib ki, bu da 2022-ci ilin mayından bəri ən yüksək göstəricidir.

Bundan əlavə, agentlik Rusiyanın hazırda neft ixracından əldə etdiyi aylıq gəlirin Ukraynada müharibə başlamazdan əvvəlkindən də çox olduğuna diqqət çəkir və bunun sanksiyaların uğursuzluğunu göstərən daha bir fakt kimi vurğulayır.

Qeyd olunur ki, sanksiyaların tətbiqindən sonra Rusiya neftinin ixracı izlənməsi daha da çətin olan kiçik təşkilatlara keçib və bunun sayəsində Rusiya Federasiyası ixraca və qiymətlərə nəzarəti saxlaya bilib. Bundan əlavə, Rusiya Çin və Hindistana tədarükünü artırmağa başlayıb.

“Sanksiya planı qlobal enerji qiymətlərində sıçrayış yaratmadan Rusiyanın neft gəlirlərini məhdudlaşdırmaq üçün nəzərdə tutulmuşdu.

Amma reallıq baş cür oldu. Üstəlik, bu sanksiyalardan sonra neft və dəniz ticarətinin maliyyə arxitekturasının yenidən qurulması elə dəyişib ki, bəzi ekspertlərin fikrincə, sonda - münaqişə aradan qalxandan və ya mövcud sanksiyalar rejiminin mümkün ləğvindən sonra onu əvvəlki halına qaytarmaq çətin olacaq”, - agentlik vurğulayıb.

Oxşar xəbərlər

Son xəbərlər