Rusiyanın müdafiə naziri Ermənistana gedib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Yerevana səfər edib.
BAKU.WS Trend-ə istinadən bildirir ki, naziri Rusiyanın qurumlararası nümayəndə heyəti müşayiət edir.
S.Şoyqunun baş nazir Nikol Paşinyanla görüşü nəzərdə tutulub.
Bundan başqa, Ermənistana Rusiyanın XİN rəhbəri Sergey Lavrovun, baş nazirin müavini Aleksandr Novakın, fövqəladə hallar naziri Yevgeni Ziniçevin də səfərləri gözlənilir.
Rusiya nümayəndə heyəti erməni rəsmilərlə Qarabağdakı vəziyyəti, sülhməramlıların yerləşdirilməsi, Rusiyanın maliyyə və texniki yardımı məsələlərini müzakirə edəcək.
Oxşar xəbərlər
İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - YENİLƏNİB - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın...