Rusiyanın məsuliyyəti qəbul etməsi regional sabitlik üçün əhəmiyyət daşıyır

Düşənbədə keçirilən MDB Dövlət Başçılarının sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin ilk dəfə olaraq "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" təyyarəsinin qəzaya uğramasında Rusiyanın məsuliyyətini etiraf edib.
"Sözsüz ki, belə hallarda, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək.
Əlbəttə, bu faciə ilə bağlı ailələrin dəstəklənməsinə, onlara mənəvi dəstək verilməsinə yönəlmiş bütün sözlər belə hallarda əsas problemi həll etmir - faciə nəticəsində həlak olmuş insanları həyata qaytarmaq mümkün deyil", - V.Putin deyib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu etiraf təkcə hüquqi və texniki məsuliyyətin tanınması deyil, həm də Azərbaycan-Rusiya münasibətlərində müttəfiqlik ruhunun və qarşılıqlı etimadın davam etdiyini göstərir. Putinin etirafı yalnız bir faciənin nəticələrinin aradan qaldırılması baxımından deyil, həm də regionda sabitlik, qarşılıqlı hörmət və müttəfiqlik prinsiplərinin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan və Rusiya arasındakı münasibətlər uzunmüddətli dostluq və strateji əməkdaşlıq təməlləri üzərində qurulub. Tərəflərin açıq dialoqa üstünlük verməsi regional etimad mühitinin qorunmasına və gələcək əməkdaşlığın daha möhkəm əsaslarda davam etməsinə imkan yaradır.
Putin Əliyevlə görüşdə bununla bağlı qeyd edib:
"Sizin bu mövzuya diqqətiniz sayəsində bizim humanitar əlaqələrimiz həmişə yüksək səviyyədə olub. Ancaq biz indi bu barədə hələ danışacağıq. Birincisi, bununla bağlı Sizə minnətdarıq, ikincisi, əlbəttə, özümüz də hər şeyi edəcəyik ki, bu dinamika qorunub-saxlanılsın".
Göründüyü kimi, hadisə nə qədər ağrılı olsa da, məsuliyyətin qəbul edilməsi, şəffaflıq və müttəfiqlik ruhunun qorunması göstərir ki, Bakı və Moskva münasibətlərə strateji uzaqgörənlik istiqamət verir. Faciədən çıxarılan dərs və göstərilən siyasi yetkinlik region üçün daha ədalətli və sabit gələcək üçün əsas yaradır.
Oxşar xəbərlər
Savaşın taleyini müəyyənləşdirən Hadrut əməliyyatı - Düşmənə gözlənilməz zərbə
Azərbaycanın hərb tarixində dönüş yaradan əməliyyatlardan biri - Hadrutun azad edilməsi sırf taktiki qələbə deyildi. Burada əldə olunan üstünlük cənubdan Qaraba...
