Rusiyanın Krımdakı hərbi gəmisi məhv edilib? - YENİLƏNİB + VİDEO

Rusiyanın Krımdakı hərbi gəmisi məhv edilib? - YENİLƏNİB + VİDEO
Video
Siyasət 3

Feodosiya limanında baş verən partlayış nəticəsində iri desant hərbi gəmisi “Novoçerkassk” zədələnib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Ukrayna Hərbi Hava Qüvvələri limana idarəolunan raketlərlə hücum edib.

“Jovten kəndi ərazisində hava döyüşü zamanı Ukraynanın iki Su-24 bombardmançı təyyarəsi məhv edilib”, - deyə qurumdan vurğulanıb.

Krımın hazırkı rəhbərliyindən isə bildirilib ki, Feodosiyaya gecə hücumu nəticəsində bir nəfər ölüb, daha iki nəfər yaralanıb. Liman ərazisində baş vermiş yanğın uğurla lokallaşdırılıb.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Krımın Feodosiya şəhəri bölgəsinə zərbələri nəticəsində dəmiryol vağzalına da ziyan dəyib. Zərbədən sonra yaranan partlayış dalğası vağzalın pəncərələrini sındırıb, həmçinin divarların suvağı ovulub tökülüb.

***08:10

Ukrayna Hərbi Hava Qüvvələri işğal altındakı Krım yarımadasının Feodosiya şəhərinin limanında “Novoçerkassk” desant gəmisini vurub.

Bu barədə görüntülər sosial şəbəkəyə yerləşdirilib.

Buna qədər 2022-ci ilin martın 24-də sözügedən gəmi işğal altındakı Berdyansk şəhərinin limanında olarkən Ukrayna qüvvələrinin raket hücumuna məruz qalmışdı. Həmin olayda ekipajın üç üzvünün ölmüşdü.

Son xəbərlər