Rusiyada miqrantlara daha bir QADAĞA - Taksi sürmək və siqaret satmaq...

Rusiyanın Krasnoyarsk diyarının qubernatoru Mixail Kotyukov öz fərmanı ilə bölgədəki miqrantlara taksi sürməyi və siqaret satmağı qadağan edib.
BAKU.WS xəbər verir ki, sənəd 2025-ci ilin martında qüvvəyə minəcək. Bu barədə Rusiya regionu hökumətinin saytında yerləşdirilib.
Kotyukov öz teleqram kanalında qeyd edib ki, yerli işəgötürənlərin əcnəbi işçilərin işdən çıxarılmasına hazırlaşmağa vaxtı var.
"Rusiya Daxili İşlər Nazirliyinin Krasnoyarsk diyarı üzrə Baş İdarəsi ilə birlikdə biz oxşar həllərin lazım olduğu digər sənaye və fəaliyyət sahələrini təhlil etməyə davam edirik" deyə qubernator bildirib.
Sənədə əsasən, taksi və ixtisaslaşdırılmış mağazalarda işləmək qadağası bütün əcnəbilərə deyil, yalnız patent əsasında işləyənlərə şamil ediləcək. Onlar Rusiyaya daxil olmaq üçün vizaya ehtiyacı olmayan, lakin işə müraciət edərkən digər sənədlərə ehtiyacı olan vətəndaşlara verilir.
Oxşar xəbərlər
Rusiyada hidrotəyyarə qəzaya uğradı: Ölənlər var - VİDEO
Rusiyanın Krasnoyarsk diyarının şimalında hidro-təyyarə qəzaya uğrayıb. BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prok...
