Rusiyalı məşhur aparıcı canlı yayımda həmkarına su atdı - FOTO
29
may
2021
19:07
Rusiyada məşhur televiziya aparıcısı Andrey Malaxov “Ya viju tvoy qolos” verilişinin efirində həmkarı Vladimir Markoninin üstünə stəkandan su atıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, Markoninin mütəxəssisləri çaşdırmağa çalışması şoumenin xoşuna gəlməyib.
Hadisədən sonra Malaxov çəkiliş meydançasında ciddi stres altında olduğunu etiraf edib.
“Mənə əyləncəli olacağına söz verildi! Amma əslində - “Pryamoy efir”dən daha çox stress var! Hər halda bir insana milyon rubl qazanmağa kömək edərkən böyük məsuliyyət hiss edirsən”, - deyə o, bildirib.
Qalereya
Oxşar xəbərlər
Belarus Rusiyanın “Vaqner” qrupunun 32 döyüşçüsünü saxladı - SİYAHI
Dünən gecə Minsk yaxınlığında Belarusun hüquq-mühafizə orqanlarının əməkdaşları "Vaqner" xarici özəl hərbi şirkətin 32 hərbçisini saxlayıb. BAKU.WS xəbər verir...