Rusiyalı jurnalist ermənilərin feyk xəbərlərindən danışdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyalı jurnalist ermənilərin iddialarını təkzib edib.
Baku TV xəbər verir ki, “Dojd” telekanalının xüsusi müxbiri Vasiliy Polonskiy “Qovorim na çistotu” verilişində müharibə zamanı Azərbaycana ezamiyyətindən danışıb.
O bildirib ki, müharibə vaxtı Qarabağda da olub və ermənilərin iddia etdiyi kimi müharibədə hər hansı bir türk və ya muzdlu əsgər görməyib:
“Mən orada olduğum vaxt Azərbaycan əsgərindən başqa bir nəfər də olsun suriyalı, türk, ərəb və sairə muzdlu görmədim. İlham Əliyev ölkə rəhbəri olaraq heç vaxt muzdlular və terroristlərlə iş görməzdi. Bizi hətta Gəncə hava limanının uçuş zolaqlarına çıxartdılar ki, oraya mərmilərin düşüb-düşmədiyini görə bilək. Ermənilər o vaxt xəbər yaymışdılar ki, guya Gəncə aerodromu tamamilə dağıdılıb. Aerodrom deyə bir şey yoxdur - Gəncə hava limanı var. Hava limanı salamatdır.
Sonra şəkillər yaydılar ki, guya orada F-16 təyyarələri olub. Lakin biz orada olanda həmin ərazidə heç bir F-16 təyyarəsi yox idi. Və ən əsası biz ermənilərin feyk xəbərlərini sübut etdik. Bizim üçün bunun feyk olduğunu göstərmək prinsip deyildi, prinsip o idi ki, xəbəri olduğu kimi təqdim edək”.
Polonskiy həmçinin Rusiyada erməni diasporasının fəaliyyətindən də danışıb.
“Erməni diasporası və ermənilər Rusiyanın müxalif siyasətində və bəzən də liberal siyasətində fəaliyyət göstərirlər. Azərbaycanlılar isə Rusiyada siyasi fəaliyyətlə məşğul olmurlar. Maksimum onlar insan hüquqlarını müdafiə edir və ya bizneslə məşğul olurlar. İlham Əliyevin siyasəti Putinin siyasəti ilə oxşardır. Paşinyan isə Navalnı kimidir. O, hakimiyyətə küçədən gəlib”.
Jurnalist həmçinin internet kanalı kimi fəaliyyət göstərmələrinə baxmayaraq hadisələri olduğu kimi və operativ çatdırma üstünlüklərinə, izləyicilərinin çox olmasını nəzərə alaraq, Azərbaycan tərəfinin onlara müharibəni yaxından izləməyə şərait yaratdığını bildirib və buna görə təşəkkür edib.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...