Rusiyada sovet dövrünə aid qırıcı və pilotunun qalıqları tapılıb - FOTO
Rusiyada Böyük Vətən Müharibəsindən qalma "LaGG-3" qırıcısı və itkin düşmüşlər siyahısında olan pilotun qalıqları aşkar iolunub.
Bu barədə "Dolina" axtarış ekspedisiyası sosial şəbəkə hesabında yazıb.
Qırıcı və pilotun qalıqları Novqorod vilayətinin Starorusski rayonunun Velikoye Selo kəndi yaxınlığında Tümendən olan “Ürək yaddaşı” axtarış qrupu tərəfindən tapılıb.
Pilotun şəxsi əşyaları arasında tamamilə paslanmış TT tapançası, paltarından müəyyən hissə və düymələr aşkar edilib. “Şahin” dəstəsinin üzvü Andrey Xituşenko təyyarənin mühərrik nömrəsinə əsasən müəyyən edib ki, "LaGG-3"ün pilotu 23 mart 1942-ci ildən itkin düşənlər siyahısında olan Vladimir Timofeeviç Yakovlevdir.
Vladimir Yakovlevin 1922-ci ildə Voloqod vilayətinin Nesmeyanovo kəndində anadan olub. Onun qohumlarının axtarışına başlanılıb. Pilotun Böyük Vətən Müharibəsi illərində də vuruşmuş Sergey Yakovlev adlı bir qardaşı və Antonina Yakovleva adlı bir bacısı da olub.
Qalereya
Oxşar xəbərlər
“iPhone 16”da real düymələr olmaya bilər - Yeni modelin funksiyaları
iPhone 16 və gələcək modellərdə real düymələr əvəzinə toxunuşa həssas analoqlar ola bilər. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Apple şirkəti Tayva...