"Forbes" Rusiyanın sərvəti ən çox azalan 10 milyarderinin adını açıqlayıb - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın ən varlı qadını, “Wildberries” bazarının yaradıcısı, Tatyana Bakalçuk il ərzində Rusiyanın “sərvəti ən çox azalan” milyarderlərinin ilk 10-luğuna daxil olub.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, "Forbes" bunu yanvar ayında Wildberries anbarında baş verən yanğınla əlaqələndirib.
"Forbes" Bakalçukun sərvətini 7,4 milyard dollar qiymətləndirib ki, bu da 2023-cü il reytinqindən 16 faiz azdır. Jurnalın qeyd etdiyi kimi, yanğın olmasaydı, təxmin daha yüksək ola bilərdi. Nəşrin müsahibə verdiyi ekspertlər şirkətə dəyən ziyanı on-iyirmi milyard rubl səviyyəsində qiymətləndiriblər.
Rusiyada sərvəti ən çox azalan milyarderlər sırası belə davam edir:
Aleksandr Mamut - 1,2 milyard dollar, mənfi 40%;
Andrey Krivenko - 1,5 milyard dollar, mənfi 29%;
Artem Xaçatryan - 1,6 milyard dollar, mənfi 24%;
Aleksandr Ponomarenko - 2 milyard dollar, mənfi 23%;
Aleksandr Skoroboqatko - 2,1 milyard dollar, mənfi 22%;
Mixail Şelkov - 3,5 milyard dollar, mənfi 20%;
Sergey Lomakin - 1,7 milyard dollar, mənfi 19%;
İvan Savvidi və ailəsi - 1,4 milyard dollar, mənfi 18%;
Andrey Melniçenko və ailəsi - 21,1 milyard dollar, mənfi 16%.
Oxşar xəbərlər
"Forbes" dünyanın ən varlı insanlarının siyahısını açıqlayıb
"Forbes" jurnalının "Milyarderlər Siyahısı"ndakı adamların sayı bu il 2781 nəfərə yüksəlib və milyarderlərin ümumi sərvəti 14,2 trilyon dollara çatıb. BAKU.WS x...