Rusiyada qəzaya düşən "An-26" təyyarəsinin pilotu ilə bağlı bəzi TƏFƏRÜATLAR

Rusiyada qəzaya düşən An-26 təyyarəsinin pilotu ilə bağlı bəzi TƏFƏRÜATLAR
Siyasət 433

Rusiyada qəzaya düşən sərnişin təyyarəsinin pilotu ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

BAKU.WS Rusiya mediasına istinadən xəbər verir ki, ikinci pilot Aleksandr Anisimov “Kamçatka Hava Yolları” şirkətindən 4 il əvvəl çalışmağa başlayıb və həmişə “An-26” sərnişin təyyarəsi ilə uçuşları yerinə yetirib.

"O təhsilini başa vurduqdan dərhal sonra işə başladı. Demək olar ki, hər gün uçuşlar yerinə yetirirdi. İstirahət günləri sanitar uçuşlar həyata keçirirdi və məhz bu təyyarə ilə uçurdu. Palana, Anadıra və Maqadana reysləri oldu. Hazırlıq və ixtisasartırma üçün ildə bir neçə dəfə Xabarovska uçurdu", - deyə Anisimov haqqında onun tanışı deyib.

Qeyd edək ki, Rusiya nəqliyyat naziri Vitali Savelev və Rusiya Hava Yolları rəhbəri Aleksandr Neradko Kamçatkaya axtrış-xilasetmə işlərində iştirak etmək üçün gedib.

Son xəbərlər