Rusiyada nüfuzlu "qanuni oğru"nu villasında belə həbs etdilər - VİDEO
                            
                                19
                                okt
                            
                                2019
                                11:37
                            
                            
                        Kriminal aləmdə "Kostya Kanskiy" ləqəbi ilə tanınan "qanuni oğru" Konstantin Naybauer Krasnoyarsk vilayətində həbs olunub. BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Tanınmış kriminal avtoritet xüsusi təyinatlıların keçirdiyi əməliyyat zamanı bağ evində yaxalanıb. "Kommersant" yazır ki, "Kostya Kanskiy" 2011-ci ilin iyulunda sui-qəsdə məruz qalıb. Ona naməlum şəxs evinin qarşısında beş dəfə atəş açıb. Oxşar sui-qəsdə 2005-ci ildə də məruz qalan Konstantin Naybauer sağ qalmağı bacarıb.
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
"Şakro Maladoy" "Lotu Quli"yə məğlub olub
Rusiyada kriminal aləmin ən nüfuzlu "qanuni oğru"larından olan "Şakro Maladoy" ləqəbi ilə tanınan Zaxariy Kalaşov azərbaycanlı "qanuni oğru" "Lotu Qulu" kimi ta...