Rusiyada məhkəmə bu sosial şəbəkəni 117 min dollar cərimələdi

Rusiyada məhkəmə bu sosial şəbəkəni 117 min dollar cərimələdi
Siyasət 116

Rusiya məhkəməsi hökumətin arzuolunmaz hesab etdiyi kontenti silmədiyi üçün "Twitter" şirkətini 117 min dollar cərimə edib.

BAKU.WS "Espreso.tv"ə istinadən xəbər verir ki, bu, Rusiyada sosial şəbəkələrə qarşı tətbiq edilmiş ilk cərimə olmayacaq. Belə ki, "Facebook", "Youtube" şəbəkəsinə qarşı da məhkəmə işləri davam edir.

Bütün məhkəmə araşdırmaları isə Rusiyanın əsas müxalif qüvvəsi olan Aleksey Navalnıy tərəfdaşlarının onun həbsinə etiraz etməyə çağırış məqsədilə yazdıqları kontentdən başlayıb. Bu kontentlər gəncləri qanunsuz hərəkətlər və ya icazəsiz kütləvi aksiyalara təşviq etmə kimi "qiymətləndirilir".

Son xəbərlər