Rusiyada helikopter qəzası: Ölən və yaralananlar var - VİDEO

Rusiyada helikopter qəzası: Ölən və yaralananlar var - VİDEO
Video
Siyasət 14

Rusiya Federasiyasının Altay Respublikasında Mi-8 helikopteri qəzaya uğrayıb.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində altı nəfər həlak olub.

Məlumata görə, xəsarət alanların sayı 10 nəfərdir.

Onlardan 8 nəfər xəstəxanaya yerləşdirilib. Dördünün vəziyyəti ağırdır.

İlkin ehtimala görə, göyərtəsində sərnişinlərin olduğu "Mi-8" helikopteri Ust-Koksa rayonunun Tyunqur kəndinə eniş zamanı elektrik naqillərinə dəyərək yerə düşüb və yanıb.

Son xəbərlər