Rusiyada helikopter qəzası: Ölən və yaralananlar var - VİDEO
02
may
2022
09:35
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada Mi-8 helikopteri qəzaya uğrayıb.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, hadisə Zabaykalye diyarının Moqoça şəhərinin hava limanında baş verib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, qəza nəticəsində bir nəfər ölüb. Daha beş nəfərsə yaralanıb.
Helikopterin meşə yanğınlarından zərər çəkmiş insanları təxliyə etdiyi bildirilib. Onun göyərtəsində 15 nəfər olub.
Hadisənin səbəbləri araşdırılır.
Həmçinin, qəza yerində çıxan yanğının artıq söndürüldüyü qeyd edilir.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...