Rusiyada gözəllik yarışmasının qalibi də terrorda həlak olub - FOTO
24
mar
2024
20:01
Moskvada "Crocus City Hall” konsert zalında baş vermiş terror aktı zamanı həlak olanlar arasında "Miss Tver 2001" titulunun qalibi Yekaterina Novoselova da olub.
Bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb.
42 yaşlı Novoselovanın adı teror qurbanlarının siyahısında yer alıb.
Qeyd edək ki, Y. Novoselova 2001-ci ildə gözəllik müsabiqəsinin qalibi olub.
Xatırladaq ki, “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı nəticəsində 137 nəfər ölüb, 180 nəfər yaralanıb.
Qalereya
Oxşar xəbərlər
“Crocus City Hall”da terror zamanı ölənlərin sayı 137-yə çatıb - YENİLƏNİB
Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 137-yə yüksəlib. Bu ba...