Rusiyada erməni biznesmen öldürüldü - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada erməni biznesmen öldürülüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, noyabrın 20-də Leninqrad vilayətində A-121 (Sortavala) magistralında maneəyə çırpılan “Mitsubishi Galant” minik avtomobilinin yük yerindən üzərində zorakılıq əlamətləri olan kişi meyiti düşüb.
Avtomobilin sürücüsü və iki sərnişin qəza yerindən qaçmaq istəsə də, polis onları saxlayıb. Avtomobilin yük yerindən düşən meyitin 50 yaşlı İrəvan sakini, biznesmen Arkadi Kazinyan olduğu müəyyənləşib.
Biznesmenin Peterburqun Kalinin rayonunda “Laquna” kooperativinin qarajında öldürüldüyü, meyitin isə basdırılmaq üçün meşəyə aparıldığı üzə çıxıb.
Qətlin səbəbi hələlik məlum deyil.
Oxşar xəbərlər
Yol kənarındakı baryerlərə çırpılan avtomobil ağır qəza törətdi – ANBAAN VİDEO
Antalyanın Manavqat rayonunda sağ zolaqdan ötmə əməliyyatını yerinə yetirən minik avtomobili ağır qəza törədib. BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, hadi...