Rusiya XİN Qərbi Cənubi Qafqaza soxulmaqda ittiham etdi

Rusiya XİN Qərbi Cənubi Qafqaza soxulmaqda ittiham etdi
Siyasət 92

"Ermənistan və Azərbaycan arasında məsələlərin həlli Rusiyanın sülh təşəbbüsləri ilə həyata keçəcək".

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O, Qərbin Cənubi Qafqaza soxulmaq cəhdlərini kobudluq kimi qiymətləndirib.

"Təəssüf ki, biz uzun illərdir belə bir tendensiya müşahidə edirik. İndi qərblilər daha da fəallaşıblar", - deyə rusiyalı diplomat bildirib.

Zaxarova vurğulayıb ki, Qərb tərəfdaşlarının iştirakı ilə münaqişələrin həllinin uğurlu nümunələri yoxdur və Qərbin təşəbbüsü ilə münaqişələrin sayı artır.

"Heç kim deyə bilməz ki, harasa kollektiv Qərbin ayağı, əli və ya düşüncəsi gəlib və orada daha yaxşı hal yaşanıb", - deyə M.Zaxarova vurğulayıb.

Son xəbərlər