Rusiya XİN başçısı: "Yaxın vaxtlarda Putin və Ərdoğanın qeyri-rəsmi görüşü keçiriləcək"
31
avq
2023
19:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Yaxın vaxtlarda Soçidə Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qeyri-rəsmi görüş keçiriləcək".
"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidan ilə Moskvada baş tutan görüşündə deyib.
O, həmçinin əlavə edib ki, prezidentlər tərəfdaşlığın bütün sahələrini nəzərdən keçirəcəklər.
Qeyd edilib ki, Soçidə keçiriləcək görüşdə prezidentlər "Taxıl sazişi"ni ətraflı müzakirə edəcəklər.
Oxşar xəbərlər
Rusiya XİN: “Taxıl sazişi”nə qayıtmaq üçün Qara dəniz təşəbbüsünün yerinə yetirilməsini gözləyirik”
“Rusiya “Taxıl sazişi”nə qayıtmaq üçün Qara dəniz təşəbbüsünün ikinci hissəsinin yerinə yetirilməsini gözləyir”. BAKU.WS “report”a istinadən xəbər verir ki, bun...