Azərbaycan və Rusiya XİN başçılarının təkbətək danışıqları bitib, geniştərkibli görüş başlayıb - YENİLƏNİB
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov arasında təkbətək görüş başa çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Hazırda tərəflər arasında nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir.
***12:28
Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov arasında ikitərəfli görüş başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, görüş Rusiya Xarici İşlər Nazirliyinin “Qəbullar evi”ndə keçirilir.
Xatırladaq ki, mayın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasına işgüzar səfəri başlayıb. Səfər çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək.
Bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulub.
Qalereya
Oxşar xəbərlər
Ararat Mirzoyana Moskva şapalağı - ANALİTİK ŞƏRH - FOTO
Cənubi Qafqaz regionunda vəziyyət hər dəfə qaynama nöqtəsinə çatanda hamımıza artıq tanış olan telefon alqoritmini müşahidə etməli oluruq: Ermənistanın baş nazi...