Rusiya Xarkovda yaşayış bölgəsi atəşə tutdu, xeyli sayda ölən və yaralanan var
15
apr
2022
21:00
Rusiya hərbçilərinin Xarkovda yaşayış bölgəsini atəşə tutması nəticəsində 7 nəfər ölüb, 34 nəfər yaralanıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinequbov teleqram kanalında məlumat verib.
“Rusiya hərbçiləri Xarkov şəhərinin yaşayış bölgələrindən birini atəşə tutub. Təəssüf ki, 3-ü uşaq olmaqla 34 nəfər yaralanıb, 1-i yeddi aylıq uşaq olmaqla 7 nəfər həlak olub”, - o yazıb.
Bütün xəsarət alanlara təcili tibbi yardım göstərilir.
Oxşar xəbərlər
Xarkovda bir neçə yaşayış məntəqəsi azad edildi
Xarkov vilayətində Ukrayna qoşunları bir neçə yaşayış məntəqəsini Rusiya ordusundan azad edib. BAKU.WS UNİAN-a istinadla xəbər verir ki, bu barədə Xarkov vilayə...