Rusiya Ukraynanın iki şəhərində sükut elan etdi
05
mar
2022
10:48
Rusiya tərəfi martın 5-də yerli vaxtla saat 10:00-dan etibarən Ukraynanın iki şəhərində sükut elan edib.
BAKU.WS “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
“Ukraynanın Mariupol və Volnovaxi şəhərlərinin sakinlərinin çıxması üçün bu gün, martın 5-də saat 10-dan sükut rejimi elan olunur və humanitar dəhliz açılır”, - deyə nazirlik qeyd edib.
Məlumata görə, humanitar dəhliz və marşrut Ukrayna tərəfi ilə razılaşdırılıb.
Oxşar xəbərlər
Rusiya bir həftəyə 9 min hərbçi itirib - ŞOK AÇIQLAMA
Ukraynanın Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç "Yedinıye Novosti" telemarafonunun efirində mövcud durumla bağlı açıqlama verib. BAKU.WS xəbə...