Rusiya Ukraynanın bu şəhərində kimyəvi silah tətbiq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində hərbçilərə və mülki şəxslərə qarşı naməlum zəhərli maddədən istifadə ediblər.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Azov” alayı teleqramda xəbər verib.
Qeyd edilir ki, Mariupolda drondan zəhərli maddə atılıb.
Məlumata görə, zərərçəkənlərdə tənəffüs çatışmazlığı və digər əlamətlər var.
"Diqqət! Təxminən bir saat əvvəl Rusiya işğalçı qüvvələri Mariupol şəhərində ukraynalı hərbçilərə və dinc sakinlərə qarşı düşmən PUA-sından atılan mənşəyi naməlum zəhərli maddədən istifadə edib", - “Azov”un xəbərində deyilir.
Oxşar xəbərlər
"Azov" alayı Mariupolda rus hərbi texnikalarını belə partlatdı - VİDEO
42 gündür blokadada olan Mariupolda küçə döyüşlərindən yeni görüntülər yayılıb. BAKU.WS xəbər verir ki, görüntülərdə "Azov" alayının Mariupol küçələrində rus or...