Rusiya Ukraynadan sonra bu ölkəyə girə bilər - Lavrovdan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
"Tanınmamış Dnestryanı bölgədəki rus sülhməramlılarına qarşı hər hansı təhdid Rusiyaya hücum kimi qiymətləndiriləcək".
BAKU.WS xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Lavrov buna misal olaraq Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Rusiya sülhməramlılarına hücumu zamanı Cənubi Osetiyadakı vəziyyəti göstərib.
“Hər kəs başa düşməlidir ki, (regionda) hərbçilərimizin təhlükəsizliyinə təhlükə yarada biləcək hər hansı hərəkət beynəlxalq hüquqa uyğun olaraq Rusiyaya qarşı hücum kimi qiymətləndiriləcək”, - deyə nazir əlavə edib.
Qeyd edək ki, Sergey Lavrovun son çıxışı Rusiyanın Ukraynadan sonra Moldovaya hücum etmək risklərini ortaya qoyub.
Oxşar xəbərlər
Ukraynada öldürülən Rusiya ordusunun 10 yüksəkrütbəli zabiti kimdir? - DOSYE
Ukraynada hərbi əməliyyatlar başlayandan bu günə qədər Rusiya Silahlı Qüvvələrinin 4 generalı və 3 polkovniki öldürülüb. Rusiya ordusunun ali komandanlığının öl...