Rusiya Ukrayna şəhərini kasset bombalarla atəşə tutdu, 10 mülki şəxs həlak oldu
04
apr
2022
23:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Rusiya ordusunun Nikolayev şəhərini atəşə tutması nəticəsində 10 yerli sakin həlak olub, daha 46 nəfər yaralanıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Nikolayev şəhərinin meri Aleksandr Senkeviç öz sosial şəbəkə hesabında məlumat verib.
O qeyd edib ki, şəhərdə bir dənə də olsun hərbi obyekt, zavod, yanacaq və ya partlayıcı materialların saxlanıldığı yer yoxdur.
Nikolayev şəhərinin meri əlavə edib ki, şəhər kasset bombaları ilə atəşə tutulub.
Oxşar xəbərlər
Ukrayna MN: "Belarus Ukrayna sərhədlərinə hərbi texnika toplayır"
Rusiya və Belarus hərbi texnikası Belarus ərazisi boyunca fəal hərəkət edir və Ukrayna sərhədlərinə toplanılır. BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Mü...