Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək Türkiyə hərbçiləri Azərbaycana yola düşüb

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək Türkiyə hərbçiləri Azərbaycana yola düşüb
Siyasət 311

Briqada generalının komandanlığı altında Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana yola düşüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, yanvar ayından etibarən türkiyəli hərbiçilər rusiyalı hərbiçilərlə bərabər Dağlıq Qarabağda atəşkəsə nəzarət məqsədilə yaradılan Birgə Monitorinq Mərkəzində xidmətə başlayacaqlar.

Xatırladaq ki, Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək məqsədilə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılmasına dair memorandum Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında onlayn formatda keçirilən görüşdən sonra imzalanıb.

Son xəbərlər