Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycan vasitəsilə Ermənistana göndərilir
Yeniliklərdən dərhal xəbərdar olun
1990-cı illərdən bəri ilk dəfə olaraq Rusiyanın Volqoqrad vilayətindəki Qmelinskaya stansiyasından Azərbaycan vasitəsilə Ermənistana taxıl vaqonları göndərilib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə Privoljski Dəmir Yolları mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 8 taxıl vaqonundan ibarət ilk partiya İrəvan stansiyasına çatdırılacaq.
Qeyd olunub ki, bu ilin sonuna qədər bu marşrutla 30 taxıl vaqonunun - iki min tondan çox taxılın göndərilməsi planlaşdırılır. Privoljski Dəmir Yollarından o da bildirilib ki, yeni logistika xidməti Azərbaycan vasitəsilə Ermənistana yük tranzitinin bərpası ilə mümkün olub.
Oxşar xəbərlər
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak...