Rusiya sülhməramlılarla bağlı Azərbaycana müraciət etdi: Rədd cavabı aldı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya tərəfi sülhməramlı kontingentin fəaliyyəti üçün zəruri olan malların “Laçın” sərhəd-buraxılış məntəqəsi vasitəsilə daşınması xahişi ilə Azərbaycana müraciət edib.
Bu barədə Minval.az məlumatlı mənbələrə istinadən yazıb.
Azərbaycan tərəfi cavab olaraq bildirib ki, maddi-texniki təminat yalnız Dağıstandan Bərdəyə, oradan Ağdama, oradan isə Xankəndinə dəmir yolu vasitəsilə mümkündür. Bu, Azərbaycan tərəfinin cavab təklifidir.
Yəni əgər Rusiya tərəfi Azərbaycanda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentini təchiz etmək istəyirsə, bunu Ermənistandan deyil, yalnız Azərbaycan ərazisindən keçməklə etməlidir.
Rəsmi Bakı oxşar təkliflə Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə də müraciət edib. “Əgər siz Xankəndinə humanitar yüklər çatdırmaq istəyirsinizsə (söhbət xəstəxanaya yerləşdirilməsi zəruri olan xəstələrdən yox, lojistik yüklərdən gedir), buyurun, biz onların Azərbaycan ərazisindən keçirilməsinə hazırıq, lakin bu, “Laçın” sərhəd-buraxılış məntəqəsi vasitəsilə mümkün deyil”, - deyə müraciətdə qeyd edilib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...