Rusiya şəkər ixracına müvəqqəti qadağa qoyub
03
may
2024
22:43
Rusiya hökuməti qamış və ya çuğundur şəkərinin və kimyəvi cəhətdən təmiz saxaroza ixracına müvəqqəti qadağa tətbiq edib.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin teleqram kanalında bildirilib.
Məhdudiyyət 31 avqust 2024-cü il tarixinədək qüvvədə olacaq. Qərar daxili ərzaq bazarının sabitliyini qorumaq məqsədi daşıyır.
Qərarda bir sıra istisnalar nəzərdə tutulur. Belə ki, Avrasiya İqtisadi İttifaqı ölkələrinə müəyyən həcmlərdə şəkər tədarükü mümkün olacaq.
Oxşar xəbərlər
Moskvada məşhur ticarət mərkəzində silahlı insident: Ölü sayı 150-yə çatıb - FOTO/VİDEO - YENİLƏNİB
Moskva vilayətində "Crocus City Hall"da baş vermiş terror aktında ölənlərin sayı 150-yə çatıb. “Report” xəbər verir ki, bu barədə "112" teleqram kanalı məlumat...