Rusiya səfərinin ardınca Ukrayna: Azərbaycanın xarici siyasətindən mühüm mesaj
"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya səfəri ondan xəbər verir ki, Azərbaycan heç bir qarşıdurmada tərəf deyil. Bütün tərəfdaşlarla konstruktiv dialoq aparır".
Bunu BAKU.WS-ə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.
Onun sözlərinə görə, cənab nazirin Ukraynaya səfəri regional əməkdaşlıq, iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi qədər, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat və kommunikasiya xətlərinin inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir:
"Çünki enerji təhlükəsizliyi qədər, bu gün həm də logistika imkanlarının yenidən dəyərləndirilməsi dövlətlər üçün son dərəcə zəruri bir hala çevrilib. Bu baxımdan səfər potensial əməkdaşlıq imkanlarının üzə çıxarılması, hesablanması baxımından da mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan regionun əsas və aparıcı aktorudur, nəqliyyat və logistika mərkəzi rolunda çıxış edir. Təbii ki, bunun özü də Ukrayna üçün yeni imkanlar deməkdir.
Önəmli məqamlardan biri ondan ibarətdir ki, bu gün məlumat mübadiləsi də son dərəcə mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Baxışların uzlaşdırılması, koordinasiya edilməsi, bənzər və ziddiyyətli məsələlərin gün işığına çıxarılması baxımından hər bir səfər mühüm əhəmiyyət kəsb etdiyi qədər, bu səfərin də son dərəcə mühüm əhəmiyyətə malik olduğunu düşünürəm".
Ekspert əlavə edib ki, Ceyhun Bayramovun Rusiya səfərindən sonra Ukraynaya səfər reallaşdırması ondan xəbər verir ki, Azərbaycan hər iki ölkə ilə də normal əlaqələrə malikdir:
"Bu əlaqələri inkişaf etdirməkdə də maraqlıdır. Azərbaycan öz milli maraqlarını əsas tutaraq siyasət yürüdür və bu milli maraqların təmin edilməsində qərarlar alınarkən bu qəratlar rəqabətin mərkəzində qalmadan qəbul edilir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində olub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Azərbaycanın Kiyevdəki səfirliyini ziyarət edib. BAKU.WS xəbər verir ki, bu...