Rusiya rublu dollar və AZN qarşısında ucuzlaşmaqda davam edir - CƏDVƏL - FOTO

Rusiya rublu dollar və AZN qarşısında ucuzlaşmaqda davam edir - CƏDVƏL - FOTO
Siyasət 3

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra valyuta bazarında rus rublu kəskin ucuzlaşıb.

BAKU.WS xəbər verir ki, müharibənin ilk günlərində rublun ucuzlaşması sürətlənmişdi. Lakin sonradan rus valyutası nisbətən dayanıqlılığını bir qədər saxlayıb.

Rusiya Mərkəzi Bankının bu günə olan məzənnəsində rus valyutasının dollara olan nisbəti 111,75, Avroya nisbəti isə 124,01 rubldur. Rəsmi məzənnəyə görə, 1 AZN 65,77 rubl kimi göstərilir.

Qeyd edək ki, ötən günə nisbətən bu gün rubl bir az da ucuzlaşıb. Rusiya Mərkəzi Bankının ötən günə olan məzənnəsində rus valyutasının dollara olan nisbəti 103,24, Avroya nisbəti isə 114,55, 1 AZN 60,77 rubl idi.

Müharibə dövründə Rusiya rublunun valyuta bazarındakı dinamikasının cədvəlini təqdim edirik.

Rusiya rublu dollar və AZN qarşısında ucuzlaşmaqda davam edir - CƏDVƏL - FOTO

Rusiya rublu dollar və AZN qarşısında ucuzlaşmaqda davam edir - CƏDVƏL - FOTO

Son xəbərlər