Rusiya qəhrəmanları Atom sualtı qayığında yandı
02
iyl
2019
23:24
Rusiyaya məxsus sualtı qayıqda yanğın baş verib.BAKU.WS “RİA Novosti”yə istinadən xəbər verir ki, yanğın nəticəsində 14 dənizçi həyatını itirib. Rusiya prezidenti Vladimir Putin Barens dənizində Atom sualtı qayıqda baş verən yanğın hadisəsi ilə bağlı müdafiə naziri Sergey Şoyqu iə görüşüb.Ölkə başçısı müdafiə nazirinə hadisə yerinə getməyi və hadisənin təfərrüatları barədə ətraflı məlumat verməyi tapşırıb. Rusiya prezidenti sualtı qayıqda həlak olan 14 nəfərin yaxınlarına başsağlığı verib. O, baş vermiş hadisəni böyük itki adlandırıb: "Həlak olanlardan 7 nəfəri birinci dərəcəli kapitan, iki nəfəri isə Rusiyanın qəhramanıdır".Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Hərbi Dəniz Filotilyasına daxil olan elmi-tədqiqat gəmisində yanğın nəticəsində 14 nəfər həlak olub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.BAKU.WS-in xəbərinə görə, başsa...