Rusiya PUA-sı NATO sərhədini pozdu: Müharibə başlayacaq?
Rusiyanın istifadə etdiyi İran istehsalı hərbi pilotsuz uçuş aparatı Latviya ərazisinə düşüb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Latviya Prezidenti Edqars Rinkeviçs "X" platformasında məlumat verib.
"Dünən Latviyanın şərqində Rusiyaya məxsus pilotsuz uçuş aparatı qəzaya uğrayıb. Biz müttəfiqlərimizlə sıx təmasdayıq", - deyə o yazıb və NATO-nun şərq cinahında oxşar hadisələrin sayının artdığını, onların həllinin vacibliyini vurğulayıb.
Hazırda məsul xidmətlər, o cümlədən polis insidentin səbəblərini araşdırmaqda davam edir. Latviya Milli Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya PUA-sı Belarus istiqamətindən ölkənin hava məkanına daxil olub.
Hadisə ilə bağlı hökumət rəsmiləri, hüquq-mühafizə orqanları və NATO ölkələrinə məlumat verilib.
Oxşar xəbərlər
Rəsmi London: Təyyarə qəzasının təhqiqatında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx təmasdayıq
Böyük Britaniyanın xarici işlər nazirinin müavini Stiven Doutinin nümayəndələri "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin uğradığı qəzanın araşdırılmasında...