Rusiya ordusu Xersona hücum edib, 2 mülki şəxs ölüb, 3 polis əməkdaşı yaralanıb
15
apr
2023
23:48
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Silahlı Qüvvələri bu gün Ukraynanın Xerson şəhərini atəşə tutublar.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak teleqramda yazıb.
Onun sözlərinə görə, hücum nəticəsində 2 nəfər qadın həlak olub.
Daxili İşlər Nazirliyi isə məlumat yayıb ki, Rusiyanın hava hücumu nəticəsində hüquq-mühafizə orqanlarının 3 əməkdaşı yaralanıb.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...