Rusiya Odessanın limanında Liberiyanın gəmisini atəşə tutub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya qüvvələri Liberiya bayrağı altında üzən mülki gəmini Odessa vilayətində limana daxil olduğu zaman raketlə vurub.
Bu barədə Ukraynanın “Pivden” müdafiə qüvvələri teleqramda bildirib.
“Mülki gəmiçilik terrorunu davam etdirən düşmən Qara dənizdəki taktiki təyyarələrdən Odessa vilayətinin limanlarından biri istiqamətində X-31P antiradar raketi ilə məkrli şəkildə zərbə endirib.
Raket limana daxil olan Liberiya bayrağı altında üzən mülki gəminin üst quruluşuna dəyib”, – mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, hadisədə Filippin vətəndaşı olan üç ekipaj üzvü yaralanıb. Onlardan biri xəstəxanaya yerləşdirilib. Bundan başqa, losman həlak olub, daha bir liman əməkdaşı isə yaralanıb.//report
Qalereya
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...