Rusiya MN Qarabağdakı sülhməramlıların rotasiyasının başa çatdığını açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin şəxsi heyətinin rotasiyası başa çatıb.
“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Həmçinin silah və hərbi texnikanın planlı təmir üçün Rusiya Federasiyasına göndərilməsi də başa çatıb.
“Sülhməramlı kontingentin şəxsi heyətinin rotasiyası, habelə silah və hərbi texnikanın planlı təmir üçün Rusiya Federasiyasına göndərilməsi başa çatıb”, - məlumatda deyilir.
Nazirlikdən bildirilib ki, sülhməramlı kontingent Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda tapşırıqların icrasını davam etdirir.
Vurğulanıb ki, rəsmi Bakı ilə davamlı şəkildə mülki əhaliyə münasibətdə təhlükəsizliyin və humanitar qanunlara əməl olunmasının təmin edilməsinə yönəlmiş qarşılıqlı əlaqə saxlanılır.
Oxşar xəbərlər
Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib - FOTO - YENİLƏNİB
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 4 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. BAKU.WS report-a istinad...