Rusiya FHN sabahdan Ağdamın 100 ha ərazisinin minadan təmizlənməsi əməliyyatına başlayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Fövqəladə Hallar Nazirliyinin 20 nəfərlik xüsusi qrupu və texnikası Azərbaycana gəlib. Həmin əməkdaşlar Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi əməliyyatlarında iştirak edəcəklər.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə hallar nazirinin müavini, general-leytenant Raqim Lətifov deyib.
Onun sözlərinə görə, həmin əməkdaşlar Fövqəladə Hallar Nazirliyinin Ağdamın Quzanlı qəsəbəsində yerləşən Qarabağ Regional Mərkəzində yerləşəcəklər. Sabahdan etibarən Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə nazirliyinin əməkdaşları ilkin olaraq Ağdam rayonu ərazisində ayrılmış 100 ha ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarına başlayacaqlar.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...