Rusiya Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan rəhbərliyinin Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma istiqamətində atdığı addımlarla əlaqədar məsləhətləşmələr üçün Moskvaya çağırılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
"Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri Sergey Pavloviç Kopırkin Ermənistan rəhbərliyinin Aİ ilə yaxınlaşma istiqamətində atdığı və Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığa ziyan vuran addımları ilə əlaqədar məsləhətləşmələr üçün Moskvaya çağırılıb", - məlumatda bildirilib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 28-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhə...